2026-cı il Ümumdünya Ətraf Mühit GünününAzərbaycanda keçirilməsi ölkəmizin qlobal ekolojigündəlikdə artan rolunun, beynəlxalq etimadının və ətraf mühitin mühafizəsi sahəsində nümayiş etdirdiyiardıcıl siyasətin növbəti mühüm təsdiqidir.
Bu gün dünya yeni inkişaf mərhələsinə qədəm qoyur. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, biomüxtəlifliyin zəifləməsi, torpaqların deqradasiyasıvə ekoloji təhlükəsizlik məsələləri bu gün təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə bəşəriyyətin gələcəyinimüəyyən edən strateji amillərə çevrilib. Belə birdövrdə ətraf mühitin qorunması ekoloji məsələolmağın yanısıra, həm də iqtisadi inkişafın, sosialrifahın, milli təhlükəsizliyin və gələcək nəsillərqarşısında məsuliyyətin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin Ümumdünya Ətraf Mühit Günü münasibətiləmüraciətində qeyd etdiyi kimi, təmiz ətraf mühit və yaşıl artım ölkəmizin inkişaf strategiyasının əsasprioritetlərindən biridir. Azərbaycanın son illərdəCOP29-a uğurlu sədrliyi, qlobal iqlim diplomatiyasınaverdiyi töhfələr, Qarabağ və Şərqi Zəngəzurda həyatakeçirilən yaşıl enerji layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, biomüxtəlifliyinqorunmasına yönəlmiş təşəbbüslər ölkəmizin dayanıqlıinkişaf sahəsində beynəlxalq miqyasda nüfuzunu dahada gücləndirib.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının ƏtrafMühit Proqramı ilə tərəfdaşlıq çərçivəsindəÜmumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsidə təsadüfi deyil. Bu mühüm hadisə ölkəmizin qlobalekoloji məsuliyyətin bölüşdürülməsində fəal iştirakını, beynəlxalq əməkdaşlığa verdiyi önəmi və yaşılgələcəyə sadiqliyini nümayiş etdirir.
Hesab edirəm ki, bu prosesdə ali təhsil müəssisələrininüzərinə xüsusi missiya düşür. Müasir universitetləryalnız bilik mübadiləsini həyata keçirən təhsil ocaqlarıdeyil, həm də yaşıl düşüncə tərzinin formalaşdırıldığı, sosial məsuliyyət mədəniyyətinin təşviq edildiyi, innovativ həllərin yaradıldığı və dayanıqlı inkişafideyalarının cəmiyyətə qazandırıldığı stratejimərkəzlərdir.
Mingəçevir Dövlət Universitetində həyata keçirilən“Yaşıl Kampus” təşəbbüsləri, enerji səmərəliliyininartırılması, rəqəmsal və kağızsız idarəetmə modeliningenişləndirilməsi, ekoloji maarifləndirmə proqramları, tullantıların səmərəli idarə olunması və tələbələrinsosial-ekoloji layihələrə fəal cəlb edilməsiistiqamətində görülən işlər məhz bu baxışın praktikiifadəsidir.
Biz inanırıq ki, gələcəyin universiteti yalnız elm və təhsil mərkəzi deyil, eyni zamanda ekolojiməsuliyyətin, vətəndaş şüurunun və dayanıqlı inkişafmədəniyyətinin formalaşdığı nümunəvi ictimaiplatformadır. Bu baxımdan hər bir tələbə, müəllim və əməkdaş yaşıl gələcəyin qurulmasında mühüm roloynayır.
Ümumdünya Ətraf Mühit Günü münasibətilə bir dahavurğulamaq istərdim ki, təbiəti qorumaq yalnızbugünkü nəslin vəzifəsi deyil, gələcək nəsillərə qarşımənəvi borcumuzdur. Azərbaycanın yaşıl inkişafstrategiyası, ölkə rəhbərliyinin bu sahədə nümayişetdirdiyi siyasi iradə və cəmiyyətimizin artan ekolojiməsuliyyəti ölkəmizin daha təmiz, daha sağlam və daha dayanıqlı gələcəyinin etibarlı təminatıdır.
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru





















