Anar Eminov “Ustadla görüş: Tədqiqatda keyfiyyətə doğru” rubrikasının fəxri qonağı olacaq

Anar Eminov “Ustadla görüş: Tədqiqatda keyfiyyətə doğru” rubrikasının fəxri qonağı olacaq

Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in Azərbaycan dilində keçirilən vebinarlar seriyasının növbəti buraxılışında “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə Doğru” rubrikasının fəxri qonağı olacaq.

“Journal Citation Reports” ™ Platformasının 2026-cı il Buraxışının İcmalı və Yenilikləri” mövzusunda keçiriləcək onlayn vebinarda elmi nəşrlərin qiymətləndirilməsi, tədqiqat keyfiyyəti, impakt faktor göstəriciləri və akademik mühit üçün mühüm olan yeniliklər barədə məlumat veriləcək.
Rubrika “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın moderatorluğu ilə təşkil olunur.
Vebinarın məqsədi Azərbaycanın elm, təhsil və tədqiqat mühitində mühüm rol oynayan ali təhsil rəhbərləri ilə akademik heyəti bir araya gətirmək, tədqiqatda keyfiyyət, beynəlxalq elmi bazalar və müasir akademik göstəricilər barədə faydalı təcrübə mübadiləsi aparmaqdır.

Qeydiyyat linki: https://bit.ly/clarivate-ae

Qeyd: İştirak üçün qeydiyyatdan keçmək vacibdir.
Tarix: 23.06.2026
Saat: 12:00

Fəxri qonaq: Anar Eminov, Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Moderator: Xəyalə Hacıyeva, “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəs

Share: