Ana deputat olan qızını məhkəməyə verdi..

Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bunu Azpolitika.info-ya müraciətində 99 saylı Şəmkir kənd Seçki Dairəsindən millət vəkili olan Sona Əliyevanın anası Bəşirə xanım Əliyeva deyib.

Bəşirə Əliyev bildirib ki, Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olan əri Sakit Əliyevin ölümündən sonra qızı Sona Əliyeva onun bütün mal-mülkünü ələ keçirib.

İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə ağlını itirməkdə ittiham edib, onu evindən qovub.

Müstəqil.Az


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152