Amerikalı yazıçı Culi Pauell vəfat edib

49 yaşlı Amerikalı kulinar yazıçı Culi Pauell vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı məlumat verib. Onun ölümünə səbəb ürəyində yaranan problem olub.

Culi Pauell 2002-ci ildə kulinariya ilə bağlı bloq hazırlamağa başlayıb. Daha sonra isə bununla bağlı memuar yazıb. Həmin kitab əsasında “Culi və Cilya: Resept əsasında xoşbəxtlik hazırlayırıq” adlı film çəkilib.

Share: