Amerikalı müğənni 96 yaşında vəfat etdi

Məşhur amerikalı müğənni, aktyor, bəstəkar və aktivist Harri Belafonte 96 yaşında vəfat edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Qeyd edək ki, Harri Belafonte 1956-cı ildə buraxdığı “Calypso” adlı albomu ilə şöhrət qazanıb. Albom 1 milyon nüsxə satılmaqla o dövrün rekord göstəricisinə sahib olub. Müğənni ötən əsrin 50-ci illəri üçün Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriyaya çıxaran əsas şəxs hesab olunur.

O, həmçinin bir neçə filmdə, o cümlədən “Carmen Jones” (1954), “Island in Sun”(1957) və “Odds Against Tomorrow” kimi (1959) filmlərdə rol alıb.

Harri Belafonte 3 dəfə “Qremmi” mükafatını da qazanıb.

Share: