Amerikalı ekspert Paşinyanın rüsvayçı çıxışından yazdı – Foto

Qarabağ münaqişəsi üzrə ekspert, ABŞ-ın EurasiaNet.org portalının şərhçisi Coşua Kuçera özünün Tvitter səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən axşam “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” barədə dediklərindən danışıb.

Paşinyan deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub.

Müstəqil.az Virtualaz.org-a istinadən xəbər verir ki, Coşua Kuçera Paşinyanın bu informasiyanı feyk-mənbədən götürdüyünü yazıb.

O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları “freeazerbaijan.info” adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi…

 

Share: