Amerikalı aktyor və ssenarist vəfat etdi

“The Godfather of Harlem”, “Narcos” və “Law & Order: Criminal Intent” filmlərindəki işi ilə şöhrət qazanan amerikalı ssenarist və prodüser Pol Eksteyn 60 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi yuxuda olarkən dünyasını dəyişib.

Eksteyn Brooklində anadan olub böyüyüb, universiteti beynəlxalq əlaqələr və yazıçılıq ixtisası üzrə yüksək qiymətlərlə bitirib.

Bitirdikdən sonra Nyu-York teatrında işləməyə başlayıb. O, aktyor kimi filmlərdə “Ulduz Yolu: Səyahətçi”, “Ulduz Yolu: Dərin Kosmos 9” və digər seriallarda rol alıb.

Eksteyn həmçinin Cənubi Afrikada Disneyin ABC bibliya seriyası olan “Krallar və Peyğəmbərlər” filminin ssenarisini yazıb.

Share: