Amazon qadınları kimlər olub? Onlar Azərbaycanlıdır? – Video

Amazonkalar Azərbaycanda yaşamış, döyüşkən qadınlardan ibarət tayfadır. Tayfada bir nəfər belə kişi olmayıb. Əsasən Azərbaycanın Şimal-Qərb və Cənub-Qərb ərazilərində məskunlaşıblar. Lakin aborigen olmayıblar. Amazonkalar Azərbaycana Skif-Sak tayfalarının axını zamanı gəliblər. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları Strabon “Coğrafiya” əsərində verib.

Herakl amazonkalar ilə

Amazon sözü ehtimalla Farsca, döyüşçülər mənasını verən “ha-mazan” sözündə törəmişdir. Klassik yunancada etimoloji olaraq mazos sinəsiz mənasındadır. Məşhur inanışa görə Amazonların rahat yay və mizraq istifadə edə bilmək üçün sağ sinələrini kəsdikləri və ya yandırdıqları deyilir. Dövrün sənət əsərlərində buna dair bir dəlil yoxdur. Amazonlar iki sinələri də mövcud olaraq təsvir edilmişdir, sağ sinə isə əksəriyyətlə bağlıdır. Amazonların həqiqətən yaşayıb yaşamadıqlarına dair naməlumluğun bir dayaq nöqtəsi vardır. O da Amazonların ataları olan sarmatlardaki qadın döyüşçülərin həqiqətən var olduğudur. Bir əfsanə belə olsa Amazonların olmasına dair əsas həqiqət budur. Bu həqiqət arxeoloji qazıntılardan da aydın olur. Xüsusilə sarmat qadın məzarlarında %25 nisbətində silahlar çıxır. Bu vəziyyət sarmatlardan sonra skitlərdə də müşahidə edilib. Mifologiyada Amazonlar, mifologiya qəhrəmanlarına bərabər döyüşçü qadınlardır. Döyüş əsləhələri ox, yay və “labrys” deyilən, Anadoluda xüsusilə Hititlərdə, Karyada və Giritdə rast gəlinən iki ağızlı baltadır.

Amazonkaların görünüşü

Halikarnas Balıqçısına görə iki ağızlı balta Anadolunun simvoludur. Şəkil və qabartmaların çoxunda Amazonların əlində həmişə bu balta olur. Amazonların özlərini “ayın qızları” olaraq gördüklərini, ana tanrı tərəfindən Kybele və Artemisin xidmətçisi olaraq qəbul etdiklərini bilirik. Buna görə özlərinə öz dillərində “Amız” ya da “Amıs” adını veriblər. Latınlar da onlara “Amız on” dedilər. Bu termin “Amazon” formasına çevrilərək tarixə düşdü.

 

 

Share: