Almazbek Atambayevin tərəfdarları Bişkekə doğru hərəkət etməyə başlayıb.

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları Bişkekə doğru hərəkət etməyə başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, eks-prezidentin tərəfdarlarının avtomobilləri Atambayevin aparıldığı paytaxta yola düşüb. Koy-Taş kəndində isə polisin kənddən çıxan maşınları mühasirəyə alınıb. Polislə Atambayevin tərəfdarları arasında xırda toqquşmalar yaşandığı bildirilir.

Xatırladaqki, Almazbek Atambayev bu gün könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.

***

Bişkekdə keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarının etiraz aksiyası başlayıb. 500-dək mitinqçi parlament binasının yerləşdiyi Ala-Too meydanına toplaşıb.  Etirazçılar hazırkı prezident Sooronbəy Jaanbekovun istefasını tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçılara qarşı gözyaşardıcı qazdan, işıq-qaz qumbaralarından istifadə ediblər.

**

Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdəki etiraz aksiyasını nəzarətə götürüb. İndiyədək xəsarət alanların olmadığı bildirilir

 

Share: