Almaniyanın məşhur yazıçısı vəfat etdi

Almaniyanın məşhur yazıçısı Martin Valser 97 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, Almaniya nəsrinin İknici Dünya Müharibəsindən sonrakı dövrünün ən tanınmış nümayəndələrindən olub.

“Filipsburqda evliliklər”, “Qaçan at”, “Uşaq oyunu” onun nüfuzlu əsərləri sırasındadır.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts və ölkə Prezidenti Frank-Valter Ştaynmayer yazıçının vəfatı ilə bağlı başsağlığı veriblər.

Share: