Almaniyada polislə PKK tərəfdarları arasında qarşıdurma

Almaniyanın Düsseldorf şəhərində polis aksiya keçirən PKK tərəfdarlarına gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Türkiyə mətbuatının yaydığı məlumatda Düsseldorf polisinin PKK-nı təbliğ edən bayraqlar və Öcalan portretləri olmadan aksiyaya icazə verdiyi bildirilir.

Ancaq aksiyaçılar qrupu TOMA buna məhəl qoymayıb, onun təmsilçiləri aksiyaya müdaxilə edən polislərə şüşə və bayraq sopaları ilə hücum ediblər.

Qarşıdurma nəticəsində yaralanan və həbs olunanların olduğu bildirilir.

Aksiya hələ də davam edir.

Müstəqil.AZ 

Share: