Almaniyada nasist simvoluna oxşayan attraksion söküldü – Video

Almaniyanın Leffinqen şəhərində nasist svastikasını xatırladan “Qartal uçuşu” adlı 23 metrlik attraksion sökülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyulun sonunda açılan attraksionun Hitler Almaniyasının əsas simvoluna bənzəməsi sosial şəbəkədə yayılan videodan sonra səs-küy yaradıb. Parkın inzibatçısı Patrik Hassler video yayılanadək attraksionun svastikaya bənzədiyinin fərqində olmadığını deyib.

Hazırda mühəndislər onun yeni dizaynı üzərində çalışırlar.

 

Share: