Almaniyada iki uşaq 12 yaşlı qızı vəhşicəsinə öldürüb

Almaniyada 12 və 13 yaşlı iki yeniyetmə 12 yaşlı qızı vəhşicəsinə öldürməkdə şübhəli bilinirlər.

Çoxsaylı bıçaq xəsarətləri olan azyaşlının cəsədi yoxa çıxdıqdan ertəsi gün tapılıb. Mərhumun meyiti keçmiş dəmiryol vağzalı yaxınlığındakı meşədə olub.

Tezliklə polis məktəbli qızın qətlində şübhəli bilinən şəxslərin kimliyini müəyyən edə bilib. Artıq cinayəti etiraf edən uşaqların zərərçəkmişlə eyni yaşda olduqları üzə çıxıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Mənbə: gazeta.ru

Share: