Almaniyada bananların arasından 50 milyon avroluq kokain tapılıb

Almaniyanın Brandenburq federal əyalətində tərəvəz və meyvə tədarükçüsü  banan qutularınının içərisindən təxminən 660 kq kokain tapıb.

Bu barədə avqustun 29-da yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisənin bir neçə gün öncə baş verdiyi bildirilib.

Qeyd olunub ki, bu, Brandenburqda tapılan ən böyük kokain partiyasıdır və təxmini dəyəri 50 milyon avrodur.

Mənbə: iz.ru

Share: