Almaniya mediası Merkelin itkin düşdüyünü elan etdi

Almaniya kansleri Angela Merkel itkin düşüb.

Müstəqil.Az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti Merkelin bir həftədir xalqın qarşısına çıxmadığını bildirib.

Qəzetin xəbərinə görə, Almaniya kansleri Angela Merkel sonuncu dəfə keçən həftə həyat yoldaşı Toaçim Sauerle birlikdə Bavariyada keçirilən “Bayreuth” festivalında iştirak edib. Daha sonra Merkelin yoldaşının İtaliyaya təkbaşına istirahətə getdiyi, kanslerin isə ilk dəfə onu tətildə tək buraxdığı bildirilib.

Bundan əlavə, Merkel bir neçə gün öncə keçirilən Nazirlər Kabinetinin iclasında da iştirak etməyib.

Müstəqil.Az

Share: