Almaniya konsulu qətldə şübhəli bilinərək həbs edilib

Rio-de-Janeyroda Almaniya konsulu Uve Herbert Hann həmcins həyat yoldaşı, belçikalı Valter Henri Maksimilyen Biotu öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Cəsədin tapılması zamanı diplomat bildirib ki, həyat yoldaşının ölümünün səbəbi eyni vaxtda külli miqdarda spirtli içki ilə yuxu həblərinin istifadəsi ola bilər.

Lakin sonradan məhkəmə-tibb ekspertizası meyitin üzərində çoxsaylı xəsarətlər aşkar edib. Müəyyən olunub ki, ölüm başın arxa hissəsinə zərbə nəticəsində baş verə bilər.

Bundan əlavə, polis alman diplomatın öz katibindən mənzili təmizləməyi xahiş etdiyini öyrənib. Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, yaşayış yerində qan izləri tapıb.

Qeyd edək ki, Hann və Biot 23 ildir birlikdə yaşayıblar.

Mənbə: gazeta.ru

Share: