Almaniya kansleri: “Putinin raketləri, tankları və əsgərləri bizi qorxutmur”

Almaniya kansleri Olaf Şolz avropalıları Moskvada güc nümayişindən qorxmamağa və Aİ-ni Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

O, bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb.

“Bu gün Putin raketlərini, tanklarını və əsgərlərini nümayiş etdirir. Bu, bizi qorxutmur və biz Ukraynaya dəstəyimizdə dəyişməz olaraq qalırıq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı Meydanda çıxışı zamanı Qərbin Rusiyaya qarşı əsl müharibəyə başladığını bildirib.

Mənbə: eadaily.com

Share: