Allahverdi Xocalıda uşağı zorlayan ermənini bu cür tapır və güllələyir

1992-ci ilin fevral ayının 27-də Xocalıda törədilən soyqırımın qurbanları olan şəhidləri götürməyə ilk Allahverdi Bağırovun dəstəsi gedir.

Müstəqil.Az Yenipress.az-a istinad edərək xəbər verir ki, bu barədə dosent Zaur Əliyev yazıb.

O bildirib ki, Xocalı-Ağdam istiqamətində meyitləri daşıyan əsgərlər zorlanmış və başı daşla əzilmiş körpə qızın cəsədini helikopetərə qoyanda Allahverdi Bağırov əsgərə yaxınlaşır. Uşağın darmadağın edilmiş üzünə baxandan sonra göz yaşlarını saxlaya bilmir:

“Ratsiyanı əlinə alaraq Əsgəran batalyonunun komandiri, çoxdan tanıdığı  Vitalik Baqdasaryanla danışır. Deyir, bir muzdlu və bir dinc sakini geri qaytaracam, üstündə də 10 kanistr benzin, sadəcə, bu uşağı zorlayanın adını və yerini mənə de.

Vitalik Allahverdinin xasiyyətinə bələd idi, əgər o əsgəri indi öldürməsə, onlarla erməni əsgərini öldürəcəkdi. Həmin erməninin Qaraqayanın yanında postda olduğunu deyir. Allahverdi təkbaşına həmin posta gedib körpə qızı zorlayanı şəxsən güllələyir”.

Z.Əliyev bildirib ki, bunu sonradan eşidən mərhum Ceyhun Mirzəyev “Fəryad” filimində bu səhnəni canlandırır…

Qeyd edək ki, bu gün əfsanəvi qəhrəman Allahverdi Bağırovun doğum günüdür.

Müstəqil.Az

Share: