Alla Puqaçovanın qəsri morqa çevriləcək

Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsrini Sankt-Peterburqdan olan şoumen Stas Bareski satın alıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər.

Qəsrin yeni sahibi isə burada morq və krematoriya qurmağı düşünür.

“Alla Borisovna qəsrin ritual biznes sahəsində istifadəsi ilə bağlı qərarsız idi. Biz bu qəsrdən Rusiyada, Avropada, bütün dünyada ən böyük krematoriya və morq yaratmaq istəyirik. Burada müəyyən zonalar, bəzi ritual mağazalar, anbarlarımız olacaq”, – deyə Bareski qeyd edib.

Share: