Alla Puqaçova məhkəməyə verildi

Rusiyanın Xalq artisti Alla Puqaçova məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, bu barədə “lenta.ru” məlumat yayıb.

Məlumata görə, Puqaçova Solneçnoqorsk şəhər rayon administrasiyasının əmlak idarəsi komitəsi tərəfindən məhkəməyə verilib. Ondan 2021-ci il aprelin 1-dən 31 dekabr 2022-ci il tarixədək Berejki kəndində icarəyə götürdüyü torpaq sahəsinə görə, 44 500 rubl (925 manat) tələb olunur.

İddiada 16 iyun 2021-ci ildən 11 mart 2023-cü il tarixinədək olan dövr üçün 6700 rubl (139 manat) məbləğində cərimə də öz əksini tapıb.

“Москва” agentliyindən isə bildirib ki, sözügedən cərimələrin Alla Borisovna Puqaçova adına olsa da, onun həqiqətən SSRİ Xalq artistinə aid olub-olmadığı məlum deyil.

Bundan əvvəl İsrailə köçən Alla Puqaçovanın Rusiyadakı son biznesini bağladığı bildirilirdi.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Share: