Alimlər özünü müalicə edən sümük yaratdı

Rusiyanın Milli tədqiqat-texnologiya universitetinin alimləri  sümük çatlarını müalicə edən xüsusi material yaradıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Həmin materialın əsasını lokal isitmə zamanı öz strukturunu bərpa edən bilən polimer təşkil edir.  Tədqiqatın nəticələri “Gələcəyin tibbi naminə elmi-texnoloji çözümlər” elmi videokonfansında təqdim olunub.

Söhbət xəsarətlər zamanı kiçik və iri sümükləri əvəz etməyə imkan verən yeni texnologiyadan gedir. İxtira olunmuş müalicəvi material eyni zamanda badxassəli şişin inkişafı zamanı sümük toxumasının fraqmentlərini cərrahi yolla bədəndən kənarlaşdırmağa imkan verir.

“İlk əvvəl implantat müəyyən formaya malik olur, ancaq sonradan sümükdə olan çat onun formasını dəyişir, habelə onu lokal olaraq qızdırdıqda implatat öz əvvəlki strukturunu bərpa edir.

Yaddaş effektli bu formanın ərsəyə gəlməsi üçün polimerdə makromolekular elastikliyi təmin edən həm sərt, həm də yumşaq fazanın olması vacibdir. Sadə dillə desək bizim yaratdığımız polimer implantat, bir növ jelenin içində olan yaydır.” deyə tədqiqat qrupunun üzvü Fyodor Senatov bildirib.

Share: