Alim Nəbiyevdən nokautla qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb. 

Müstəqil.Az xəbər verir ki, 28 yaşlı idmançımız Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində fərqlənib.

77 kq çəki dərəcəsində mübarizə aparan kikboksçumuz rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşıb. Alim Milli Gimnastika Arenasında keçirilən döyüşdə rəqibini məğlub edib.

Nəbiyev bu qarşılaşmanı vaxtından əvvəl başa vurmağı bacarıb. O, sonuncu raundda rəqibini nokauta salıb. Bu qələbə Alimin peşəkar karyerasında 53-cü olub.

Müstəqil.Az

Share: