“Aliexpress” Rusiyadan olan müştərilərə dron satışını qadağan edib – FOTO

“Aliexpress” Rusiya müştərilərinə DJI və “Autel” dronlarının satışını əngəlləyib.

Artıq satın alınan dronların isə funksiyaları məhdudlaşdırılıb.

Belə ki, istehsalçı şirkət Rusiya “AppStore” mağazasından pilotsuz uçuş aparatlarının idarə edilməsi proqramını silib.

Bütün şikayətlərə isə DJI belə cavab verir: “Üzr istəyirik, lakin biz rusiyalılara xidmət göstərmirik, həmçinin heç bir hərbi fəaliyyət üçün xidmətlərimizi təklif etmirik. Anlayışınız üçün təşəkkür edirik”.

Mənbə: Mash

Share: