Alen Delonun oğlu evində ölü tapıldı

Məşhur fransız aktyor Alen Delon və alman müğənni Nikonun oğlu Ari Boulonne Parisdəki mənzilində ölü tapılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, onun ölüm səbəbi hələ açıqlanmayıb.

Kristian Ari Boulonne 1962-ci ilin avqustunda Parisdə anadan olub. Onun bioloji atası fransalı aktyor Alen Delondur, baxmayaraq ki, o, atalığı davamlı olaraq inkar edir.

2001 və 2019-cu illərdə Boulonne Delonu atalıq üçün məhkəməyə verməyə çalışsa da, lakin uğursuz olub. Ari Boulonne aktyorlu karyerasına yeniyetməlik dövründə başlayıb. O, Filip Qarrelin filmlərində çəkilib və Paul Morrisseyin “Mixed Blood” filmində rol alıb. O, həm də fotoqraf kimi məşhurlaşıb.

Share: