Aktyorun anasının intihar etmə səbəbi məlum olub

Türkiyənin məşhur teatr və kino aktyoru Ali Sürmelinin anasının intihar səbəbi məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun 82 yaşlı anası Akçe Sürmeli bağırsaq xərçəngindən əziyyət çəkirmiş.

O, ağrılara dözməyərək həyatına son verib. Ali Sürmelinin qardaşı Çetin Sürmeli jurnalistlərə açıqlamasında “Anam son 2 ildə iki böyük əməliyyat keçirdi. Əməliyyatlardan sonra ağrıla dözə bilmədi, çox kədərliyik” deyib. 

Qeyd edək ki, Kocaelinin Derince rayonunda yaşayan 82 yaşlı Akçe Sürmeli özünü yaşadığı evin həyətində ağacdan asaraq həyatına son qoyub. 


Share: