Aktrisa Olqa Koqut vəfat etdi

Məşhur aktrisa Olqa Koqut 53 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

“Biz hələ də bu dəhşətli xəbərə inanmırıq. Çox gənc yaşında getdi. Olqanı gözəl tərəfdaş, bənzərsiz aktrisa, həssas insan kimi xatırlayırıq “deyə aktrisanın çalışdığı Lesya Ukrainka adına Milli Akademik Dram Teatrının mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyd edək ki, Olqa Koqut 18 mart 1969-cu ildə Donetskdə anadan olub. “Invictus” filmindəki rolu ilə məşhurlaşıb.

Olga Kogut -

Share: