Aktrisa Margot Robbie ən yaxşı rolunu açıqladı

Avstraliyalı aktrisa Margot Robbie Londonda keçirilən “BAFTA Life in Pictures” tədbiri zamanı ən yaxşı rol oynadığı filmi açıqlayıb.

Kulis.az xəbər verir ki, aktrisa konkisürən Tonya Hardinqin həyatını canlandırdığı “Tonya Against Everyone” (2018) filminə baxanda ilk dəfə özünü peşəkar aktrisa kimi hiss etdiyini bildirib : “Filmə baxanda düşündüm ki, həqiqətən də yaxşı aktrisayam və bu mənim oynadığım ən yaxşı roldur”.

Qeyd edək ki, “Tone Against Everyone” filmindəki roluna görə aktrisa “Ən yaxşı qadın rolu” nominasiyasında Oskar mükafatına namizəd olub.

Share: