Akif Nağının partiyasına ofis verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azad Vətən Partiyasına və Yeni Yol Partiyasına ofis sahəsi təqdim edilib.

Bu barədə “Qafqazinfo”ya Dövlət Xidmətindən bildirilib.

Məlumata əsasən partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.

Qeyd edək ki, Azad Vətən Partiyasının sədri Akif Nağı, Yeni Yol Partiyasının sədri isə Ramil Hüseynovdur.


Share: