“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 10 may 2023-cü il tarixindən elan edilən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusu üzrə II Bloger Müsabiqəsində iştirak etmək üçün sənəd qəbulu 10 oktyabr tarixinə kimi davam edir. 

Bu barədə “Qafqazinfo”ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi ictimaiyyət arasında ailə dəyərlərinin və gender bərabərliyinin təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender əsaslı və məişət zorakılığı halları ilə mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, sosial şəbəkə istifadəçilərinin potensialından istifadə etməklə müvafiq məsələlər ilə bağlı məlumatların cəmiyyətə düzgün ötürülməsidir.

Müsabiqənin yekununda maraqlı, maarifləndirici, fərqli kontent hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və insanların etimad göstəricisinə görə, eyni zamanda mövzu ilə bağlı paylaşım statistikaları üzrə fəaliyyətləri Münsiflər heyəti tərəfindən qiymətləndirilən ən aktiv blogerlər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır (I yer: Kubok və Noutbuk, II və III yer: Planşet). Digər 7 iştirakçıya isə həvəsləndirici hədiyyə və sertifikatlar təqdim ediləcəkdir.

Müsabiqədə iştirak etmək üçün “Anket forması” doldurularaq 10 oktyabr 2023-cü il tarixinədək[email protected]elektron ünvanına göndərilməlidir.

Ətraflı məlumatı “Müsabiqə Əsasnaməsi” bölməsindən əldə edə bilərsiniz.  

“Anket forması” 

“Müsabiqə Əsasnaməsi”


Share: