Aİ ölkələrinin energetika nazirləri növbədənkənar toplanacaq

Sentyabrın 9-da Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri növbədənkənar toplantı keçirərək təbii qaz və elektrik enerjisinin qiymətlərinin sürətlə artırılmasını müzakirə edəcəklər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqına sədrlik edən Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela Avropadakı enerji böhranı ilə bağlı yerli mətbuata açıqlama verən zaman danışıb.

Elektrik bazarının 30 ildir avropalılara xidmət etdiyini və enerji qiymətlərini aşağı saldığını deyən Sikela, “İndi enerji bazarının lazım olduğu kimi işləmədiyini qəbul etməliyik. Bazar donub və buna görə də bunu qaydasına salmaq lazımdır”, bildirib.

​​Sikela qiymət artımının Ukraynadakı müharibə, Rusiyadan gələn qaz axınının azalması, Fransadakı atom elektrik stansiyalarının təxminən yarısının texniki nasazlıqlar səbəbindən nəzarətə götürülməsi kimi müxtəlif səbəblərdən qaynaqlandığını bildirib.


Share: