Aİ-nin Azərbaycandakı nümayəndəliyində bayraqlar yarıya qədər endiriləcək

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində bayraqlar yarıya qədər endiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükısizlik üzrə ali nümayəndəsi Cozep Borrel tviterdə bildirib.

“Kraliça II Elizabetin vəfatı ilə əlaqədar dünyanın bütün nöqtələrindəki Avropa İttifaqının nümayəndə heyətləri bayrağı yarıya qədər endirəcəklər.

Ülyahəzrətin vəfatı ilə bağlı bu matəmdə kraliçanın ailəsinin və Birləşmiş Krallıq xalqının yanındayıq”, – deyə Borrell qeyd edib.


Share: