Aİ Moldovaya mülki missiya göndərəcək

Bir sıra Aİ ölkələri bu yay Moldovaya mülki missiya göndərmək niyyətindədir.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindəki (EEAS) mənbələrə istinadən məlumat yayılıb.

Məlumata görə, bu missiya çərçivəsində Aİ-dən olan ekspertlər ədliyyə, polis, gömrük, kiberhücumlarla və dezinformasiya ilə mübarizə sahələrində məsləhətləşmələr aparacaqlar.

Bildirilir ki, planlaşdırılan missiya Moldova hökumətinin sorğusuna cavab olaraq göndəriləcək və Kişinyovun Ukraynadakı münaqişə ilə bağlı narahatlığını aradan qaldırmaq məqsədi daşıyacaq.

Qeyd olunur ki, Baltikyanı ölkələr, Almaniya, Polşa, İsveç, Çexiya, Portuqaliya, Rumıniya və Danimarka Moldovaya mülki missiyanın göndərilməsi təşəbbüsünü dəstəkləyir. Diplomatlar yeni missiyanın “yayın əvvəlində” başlayacağını gözləyirlər.

Mənbə: gazeta.ru

Share: