Aİ, Fransa, Almaniya və Ermənistan liderlərinin qeyri-formal görüşü keçirildi

İspaniyanın Qranada şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə qeyri-formal görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə tərəflər azərbaycanlı həmkarları Prezident İlham Əliyev olmadan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.


Share: