Ağzından girən dəmir başından çıxdı -7 yaşlı uşağın başına gələn AĞLASIĞMAZ hadisə…

Türkiyədə velosipedi ilə gəzərkən yıxılan 7 yaşlı uşağın ağzından girən dəmir başından çıxıb. Kiçik uşaq başına sancılan dəmirlə xəstəxanaya aparılıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki. evinin qarşısında velosipedə minən uşaq tarazlığını itirərək təxminən 5 metr hündürlükdən yıxılıb. Düşdüyü yerdə yerləşən tikinti dəmirindən biri azyaşlının ağzından girib, başından çıxıb.
Ağrı içində qışqıran uşağın köməyinə ətrafdakı vətəndaşlar və yaxınları qaçıb. Hadisə yerinə gələn həkimlər tikinti dəmirini çıxara bilməyərək fövqəladə hallar əməkdaşlarına xəbər veriblər.
Briqadalar dəmirin bir hissəsini kəsərək uşağı dərhal xəstəxanaya aparıblar. Həkimlər uşağa təcili müdaxilə edərək bütün həkimlərin səfərbər olduqlarını  və uşağı əməliyyata aldıqlarını bildiriblər.
Müstəqil.Az

Share: