Ağsuda avtomobil qəzasında 3 nəfər xəsarət alıb

Ağsuda avtomobil qəzası baş verib.

-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı Ağsu rayon Qaragac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Share: