Ağsu rayonunda 20 yaşlı oğlan su anbarında batıb.
“Report” xəbər verir ki, hadisə Cavanşir su anbarında baş verib.
Belə ki, rayonun Navahı kənd sakini, 2003-cü il təvəllüdlü Qənbər Niyaməddin oğlu Əliyev suda boğulub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.