Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Share: