Ağır avtomobil qəzası…Arxada oturan qadın ön şüşədən çölə düşdü…

Türkiyənin Bursa şəhərində ağır avtomobil qəzası baş verib.

Müstəqil.az xəbər verir ki, sürətli hərəkət edən avtomobil təhlükəsizlik divarlarına çırpılıb.

Zərbənin təsirindən arxa oturacaqda oturan 65 yaşlı qadın avtomobilin ön şüşəsindən çölə düşüb. Sürücü isə sükana sıxışıb qalıb.

Xilasedici qüvvələr yaşlı cütlüyü avtomobildən çıxarıb və xəstəxanaya göndəriblər.

Onların həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib.

Müstəqil.az

Share: