Ağdamda yol qəzasında piyada ölüb

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Asəf Verdiyev yolu keçmək istəyərkən Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı minik avtomobili ilə onu vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: