Ağdam Muğam Mərkəzində VIII Muğam Televiziya Müsabiqəsinin növbəti turu keçirilib

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam” televiziya müsabiqəsinin növbəti turu 31 may 2022-ci il tarixdə Ağdam Muğam Mərkəzində baş tutub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Bərdə rayon üzrə uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.
Qeyd edək ki, VIII Muğam Televiziya Müsabiqəsində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirakçı qismində çıxış edirlər.

Müstəqil.az

Share: