Ağalıda polis sahə məntəqəsi yaradıldı — Fotolar

İyulun 19-dan başlanaraq  Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. 

“Qafqazinfo” xəbər verir ki, asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.


Share: