Aftandil İsrafilovla vida mərasiminin vaxtı açıqlandı

Xalq artisti “Şöhrət” ordenli qarmon ifaçısı Aftandil İsrafilov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sabah saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı ilə vida mərasimi olacaq.

Daha sonra mərhum saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Share: