Afrikanın Mavritaniya ölkəsində köməksiz qalan dənizçilərimizin xilası üçün müraciət olundu

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimaii Birliyindən Müstəqil.Az-az daxil olan məlumata görə  Afrikanın Mavritaniya ölkəsində köməksiz və ehtiyac içində qalan dənizçilərimizə yardım üçün Azərbaycan Dənizçilərinin İctimai Birliyi  müraciət ünvanlayıb.

Xatırladaq ki, bir neçə gün qabaq Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimaii Birliyi də Azərbaycan Dənizçilərinin İctimai Birliyinin bu nəcib təşəbbüsünə qatılmışdı və xalqımıza olunan müraciətə dəstək vermişdi.

Artıq dənizçilərimizin tezliklə vətənə qayıtmaları üçün toplanacaq ianənin hesab nömrəsini Azərbaycan Dənizçilərinin İctimai Birliyi bu gün xeyirxah insanların nəzərinə müraciət edərək çatdırır. Müraciəti olduğu kimi yayınlayırıq:

“Hörmətli dənizçilər, ​dostlar, sadə xeyirxah və mərhəmətli insanlar!​ ​

​Bu çətin günlərdə gəlin birlikdə dənizçilərimizə dəstək olaq!

​Birlik olaq, Afrikanın Mavritaniya ölkəsində köməksiz ehtiyac içində qalan dənizçilərimizə ​ yardım edək, bu yazını maksimum paylaşaq, dost-tanışa göndərək, xeyriyyə fondlarını bu işə cəlb edək. Dənizçilərimizin tezliklə vətənə qayıtmaları üçün səfərbər olaq.

Biz birlikdə güclüyük!

Paylaşaq, dənizçilərimizə, kömək edək, evlərinə qayıtsınlar!

Daha ətraflı: “Azərbaycan Dənizçilər” ictimai birliyi Afrikada qalmış dənizçilərimizin xilası ilə bağlı çağırış etdi

1. Milli Ön  E Manat ödəniş terminalları vasitəsi ilə (USD kart üçün ) “Bank Xidmətləri”, “Bank Respublika”, “Hesabı artır”a daxil olub, Hesab nömrəsi 381184002379214201 , (5335993502147342 ) ŞV nömrəsi: 17206817

Və ya onlayn: https://www.million.az/attributes/BankRespublikaHesabmedaxil

2. Milli Ön və E Manat ödəniş terminalları vasitəsi ilə (AZN kart üçün ) “Unibank ”, “Hesabın artırılması”, Kartin nömrəsi 5243754410506602 , ŞV nömrəsi: 17206817Əlavə olaraq pin istədikdə 5PHGTYJ

Və ya onlayn: https://www.million.az/attributes/Unibank

​Əziz dənizçilər gəlin həmkarlarımızın taleyinə biganə yanaşmayaq, onlara dəstək olaq. Bu hadisə hamımızın başına gələ bilərdi. Biz birlikdə güclüyük. İnanıram ki, tez bir müddətdə maddi vəsait toplanacaq və dənizçilərimiz vətənə dönəcəklər. Hər birinizə öncədən təşəkkürlər.

“Azərbaycan Dənizçilər” ictimai birliyi olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.

Unutmayaq ki,AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!

Xarici ölkələrdə çalışan hər bir azərbaycanlı ölkəmizin simasi onun güzgüsüdür. Məqsədimiz o güzgünü həmişə parlaq və təmiz saxlamaqdır.

Hörmətlə “Azərbaycan Dənizçilər” ictimai birliyinin sədri

İlham Rafiq oğlu Nəsirov

E-mail: [email protected]

Web site:www.adib.az”

Müstəqil.Az

(Mənbə: denizxeber.az)

Share: