Adnan Oktar işində ŞOK – Azərbaycanlı hakerlər MOSSAD-a gizli bilgilər göndərib

Din xadimi və cinayətkar təşkilatın başçısı Adnan Oktarın həbsindən sonra onun fəaliyyəti və təşkilatı ilə bağlı şok detallar ortaya çıxıb.

Müstəqil.az xəbər verir ki, Adnan Oktara qarşı 20-dən çox ittiham qaldırılıb və bu ittihamlardan biri olan İsrail Kəşfiyyat Agentliyi MOSSAD-ın təşkilatdan gizli bilgi sızdırması iddiası təsdiqini tapıb.

İsrailli vəkillə bir neçə dəfə görüşən Adnan Oktarın həmin anlara aid fotoları ortaya çıxıb. Onun MOSSAD-a gizli bilgiləri verdiyi beləcə ifşa olunub.

“Milliyət” qəzetinin müxbiri Fərid Zənginin verdiyi xəbərə görə, xəbər transferlərində azərbaycanlılar da iştirak edib. Azərbaycanlı hakerlər milyonlarla dollar pul qarşılığında MOSSAD-a oğurluq bilgilər göndərib.

Share: