Adil Kərimli: “Problemləri aşkarladıqca həll edirik”

“Təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

Adil Kərimli bildirib ki, hökumət tərəfindən mədəniyyət hər zaman xüsusi diqqət və qayğı var problemlərlə daha yaxından tanış olurlar: “Mədəniyyət sahəsində uğursuzluqlar da var. İnstitusional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Kadrların təyinatı ilə bağlı subyektiv məqamlar da çoxdur. Bu sahədə geniş müzakirələrə ehtiyac var. Mədəniyyət sahəsində islahatların aparılmasına ehtiyac var. Problemləri aşkarladıqca həll edirik. Mədəniyyət sahəsi hər zaman diqqətdədir. Ciddi addımlarda da atılır”.

Share: