“Adamslar ailəsi”ndəki canlı əl Nyu York sakinlərini qorxutdu – VİDEO

“Netflix”in “YouTube” kanalında Nyu York sakinlərinin “Adamslar ailəsi”ndəki canlı əlin köməyi ilə sınandığı video yayımlanıb.

Məlumdur ki, video “Netflix”də noyabrın 23-də debüt edən yeni “Vensdey” serialının reklamı üçün çəkilib.

Dəqiqə yarımdan bir qədər çox davam edən zarafatda insanlar “Əşya” adlı canlı ələ fərqli reaksiya göstəriblər. O, videonun bəzi qəhrəmanlarını qorxudub, bəzilərini  isə güldürüb.

Share: