Növbəti həftə (18,19, 21,22 sentyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü Zaqatala rayonunda (Danaçı kənd 1 saylı orta məktəbin qarşısı), 2-ci günü Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Şəki şəhərində (M.F. Axundov Parkı), 5-ci günü isə Qəbələ rayonunda (Zarağan kənd icra nümayəndəliyinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.