ABŞ və İsrail “Dəmir Şüa” lazer sistemini birgə hazırlayacaqlar

Amerikanın müdafiə konserni “Lockheed Martin” İsrailin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri istehsal edən “Rafael” şirkəti ilə “Dəmir Şüa” lazer ələ keçirmə sisteminin birgə hazırlanması və istehsalı üçün müqavilə imzalayıb.

“Dəmir Şüa” İsrailin artıq mövcud olan qanadlı və ballistik raketlərin qarşısının alınması sistemi “Dəmir günbəz”i Fələstindən gələn raket hücumlarından qorunmaq üçün hazırlanacaq.

Qeyd edək ki, “Dəmir Şüa” sisteminin hazırkı prototipi bir neçə ildir mövcuddur. Onun PUA-ları və raketləri vurmaq qabiliyyəti daim sınaqdan keçirilir.

ABŞ – İsrail sisteminin 2024-cü ildə fəaliyyətə başlaması gözlənilir.

Mənbə: gazeta.ru

Share: