ABŞ və Çin liderləri Tayvan məsələsini müzakirə etdi

ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Cinpinlə Tayvandın azadlığı məsələsini müzakirə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Tayvan məsələsi ilə bağlı qiymətləndirmələr aparılıb.

Çinin öz ərazisinin bir parçası kimi gördüyü Tayvana suverenlik verilməsini tamamilə Çin xalqının problemi və ölkənin “daxili işi” olduğunu vurğulanıb.

Bildirilib ki, bu, Çin-ABŞ münasibətlərinin siyasi əsası və  qırmızı xəttidir.


Share: