ABŞ və Britaniya Yəməndə husilərə qarşı hərbi əməliyyata başlayıb – VİDEO

Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib.

xəbər verir ki, Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib.

***

05.53

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

-nın xəbərinə görə, bu barədə “Reuters” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Ənsar Allah hərəkatının (Husilər) mövqelərinə hücum edib.

Mənbələrin məlumatına görə, Yəmənin paytaxtı Sənaya 4 hava zərbəsi endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflərə zərbələr endirilir.

Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb.

ABŞ Prezidenti Co Bayden aviazərbələrin “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirib.

Rusiya hücumlarla əlaqədar BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib.

Share: